Ayın Fürsəti
Haqqımızda
Xidmətlər
Qayçı-daraq və bir az da sehrin köməyilə bizim əməkdaşlarımız övladlarınızı nağıllar dünyasına aparacaq. Gülərüz və gənc ustalar balaca qəhrəmanınızı darıxmağa qoymayacaq. Onlar evinizdəki kimi rahat olacaqlar,cizgi filmləri seyr edəcəklər. İlk saç kəsiminə gələn körpələr isə özlərini daha rahat hiss edə bilsinlər deyə bu təcrübəni valideyni ilə birgə yaşaya bilərlər.
Ətraflı oxuQulaqların deşilməsi dünyaca məşhur və müasir CAFLON sistemi ilə həyata keçirilir. Bu sistemə təhlükəsiz,xüsusi CAFLON iynələri və sırğaları daxildir. Deşilmiş hissə sağalanadək sırğalar qulaqda saxlanmalıdır. Sonra isə istənilən sırğa ilə əvəz edə bilərsiniz.
Ətraflı oxuAl-əlvan və dəbli dırnaqlar hər bir yaşda olan qızların arzusudur. Amma yaxşı olar ki, bu işi peşəkarlara etibar edəsiniz. Nəticədə övladınız özünü şahzadə kimi hiss edəcək və balaca əlləri heç bir zərərli təsirə məruz qalmayacaq. Uşaq maniküründə bir neçə formada olan dırnaq boyalarından istifadə edilir:
Ətraflı oxuFace Art - balacalarınızın xəyallarını reallığa çevirmək üçün su əsaslı, hipoallergenik boyalarla çəkilən rəsmlərdir. Bir neçə fırça hərəkəti və ustalarımızın bənzərsiz əl qabiliyyəti ilə uşaqlarınız sevimli qəhrəmanına çevriləcək. Bu həyəcan, övladlarınızın üzündəki gülüş və gözlərindəki parıltıdan daha aydın hiss olunacaq.
Ətraflı oxuBarbarissonun xoş, gülərüz və enerjili komandası bizim salonda və sifariş etdiyiniz ünvanda (ev, ofis, bağ evi) sizin arzularınızı (saç kəsimi, pirsinq) böyük məmnuniyyətlə yerinə yetirməyə hazırdı. Əmin ola bilərsiniz ki, Barbarisso sizin və övladlarınızın arzularını tam xəyalınıza uyğun həyata keçirəcək yeganə məkandır.
Ətraflı oxuSiz Barbarisso kafesində isti vafli, qəhvə, çay və müxtəlif içkilər sifariş edə bilərsiniz. Menyuya həmçinin isti şokolad, dondurma, giləmeyvə, müxtəlif siroplar və meyvələrlə ləzzətləndirilmiş Vyana vaflisi də daxildir. Şəhərimizin şirniyyat sevənləri üçün, Barbarisso çatdırılma xidməti də təklif edir. Siz bizə gələ bilməsəniz də biz ləziz şirniyyatlarımızla sizin və övladlarınızın yanında olacağıq.
Ətraflı oxuMəhsullar
Tıgı Products
Bu şampunlarla balacalarınızın saçları anında yumuşaqlıq qazanacaq. Həssas tərkibi ilə saçları təmizləyəcək və körpənizin saçlarına göz qamaşdıran parlaqlıq verəcək. Tərkibi bitki ekstraktları və C vitamini ilə zəngindir. Zərərsiz olması ilə yanaşı, həm də gözəl ətirə malikdir.
Frozen
Məşhur Qarlar ölkəsi cizgi filmindən sonra, onun qəhrəmanlarını dünyanın hər yerindən uşaqlar çox sevməyə başladı. Bu cizgi filmdən təsirlənərək uşaqlar üçün sevimli qəhrəmanları ilə dizayn edilmiş bir çox məhsullar hazırlandı. Siz bu məhsulları salonumuzdan əldə edə bilərsiniz.
Hello Kitty
Bu brendə məxsus uşaq ətirlərini, maye sabunları, dodaq balzamlarını və şampunları salonumuzdan əldə edə bilərsiniz. Şəkər ətirli, göz yandırmayan və hipoallergik tərkibli bu məhsullar həm də forması ilə balacanızın sevimlisinə çevriləcək. Gündəlik istifadəyə yararlı olub yüngül və zərifdir.
Avon Naturals Kids
AVON şirkətinin uşaqlar üçün hazırladığı təbii və əyləncəli məhsullar. Bunlar müxtəlif, şirin, meyvə ətirli və kimyəvi zərərsizdir. Körpənizin dərisini qıcıqlandırmadan, zərif şəkildə təmizləyir. Şampunları isə körpənizin gözlərini yandırmadan saç yumağı onlar üçün əyləncəli bir oyuna çevirir.
Milk Shake Shampoo
Milk shake şampunları istənilən növ saçlar üçün istifadə olunur. Tərkibi meyvə ekstraktları, süd proteinlərindən ibarət olub, çox gözəl qoxuya malikdir. Bu şampunlar saçları zərif şəkildə təmizləməklə, saç diblərinə də müalicəvi təsir göstərir.
Tangle Teezer
Bu növ daraqlar bir çox sertifikatların sahibidir. Tamamilə ağrısızdır, çünki körpənin saçlarını çəkmədən hamarlandırır. Barbarisso komandası körpələriniz üçün hər zaman axtarışdadır və hər bir xırda işdə belə onların qayğısına qalır.