Xidmətlər

Bərbərlər

Uşaq bərbərxanası – biz uşaqlara öz xarici görünüşlərinə qulluq etməyi və özlərini sevməyi, səliqəli və dəbli, xüsusi hallarda isə hətta bəzəkli və təmtəraqlı görünməyi öyrədirik. Barbarisso salonundakı ustalar “möcüzələr” yaradır – burada ən kiçik uşaqların saçını oyun zamanı belə kəsməyə bacarırlar. 0-dan 6 yaşa qədər ən kiçik uşaqlar üçün kreslolar televizor və qulaqcıqlarla təchiz edilib və istənilən zövqə uyğun cizgi filmi seçimi vardır. 7 yaşdan 14 yaşa qədər uşaqlar üçün isə müxtəlif oyunlarla IPAD-lar vardır.

Daha ətraflı
Kosmetika

Qızlardan hər-hansısı anaları işdə olan zaman onun dodaq boyası ilə dodaqlarını boyamağa nə vaxtsa cəhd etmədiklərini deyə bilərlərmi? Hər bir qız özünü balaca şahzadə zənn edir və ən kiçik yaşlarından öz xarici görünüşünü bəzəmək üçün rəfedilməz istək yaranır. Lakin bunu peşəkar səviyyədə və ekoloji baxımdan zərərsiz kosmetika vasitəsilə etmək lazımdır. Bu da, həmçinin, bizim Barbarisso mütəxəssislərimizin əlindədir – uşaqlar üçün səhər şənliklərində, ad günlərində, uşaq tamaşalarında iştirak üçün, teatrlara gedən zaman, şəxsi və ailəvi albomlar üçün uşaq fotosessiyaları üçün, müxtəlif şənliklər üçün qızlar üçün makiyaj. Yeni imici balaca şahzadənin mütləq xoşuna gələcək!

Daha ətraflı
Nails art

Bizdə qızlar parıltılı bəzəklər, strazlar və muncuqlar, maraqlı şəkillər və müxtəlif aksessuarlarla bədii manikür edə bilər. Yeri gəlmişkən, qızlar üçün neyl-art dırnaqları dişləməyə qarşı əla vasitə olacaqdır, çünki hər bir modapərəst qız istəyəcək ki, belə gözəlliyi uzun müddət saxlasın və həm özü baxıb zövq alsın, həm də misli görünməmiş dırnaqlarını rəfiqlərinə göstərib öyünsün. İnanın ki, bu vəziyyətdə gözəllik pis vərdişə yüz faiz qalib gələcək. Şübhəsiz ki, hər bir qız dəbdəbəli, parlaq manikürü xoşlayacaq. Uşaq barmaqlarında zərif manikür, həm də qızı öz xarici görünüşünə qulluq etməyə öyrəşdirir. Uşaq ayaqları da xüsusi qulluq tələb edir. Onlar da döyənək və digər xırda narahatçılıqlardan əziyyət çəkir. Uşağınızı onlardan xilas etmək istəmirsiniz? Bu prosedura nəinki faydalı, həm də xoşagələndir. Faydalı və xoşagələn şeylərə isə, məlum olduğu kimi, uşaqlıqdan öyrəşmək lazımdır. Belə proseduralar həm oğlanlar, həm də qızlar üçün keçirilir.

Daha ətraflı
Face art

Feys-art – oğlan və qızlar üçün əla özünü ifadə etmə üsulu və özünü tam yeni şəklə salma imkanıdır. Uşaqlar cizgi filmləri və nağıl qəhrəmanlarına və müxtəlif heyvanlara çevrilməyi həddindən artıq sevirlər! Fantaziyaların hədsizdir! Feys-art-maska – bayram və şənlikdir, başqa şəklə dəyişmə və sevinc oyunudur. Bu, qayğısız uşaqlığın xoşbəxt anlarıdır. Rəngarəng akvaqrim və müvəqqəti tatu şəkilləri uşaqları və böyükləri sevindirəcək. Cəmi 10 dəqiqə müddətində uşağınız pişiyə, siçana, kəpənəyə, gülə və ya dəniz qulduruna çevriləcək. Uşaqlar özləri çevrilmək istədikləri şəkili və ya personajı seçəcək. Fırçanı bir-iki dəfə çəkməklə uşağın arzusu həqiqətə çevrilir. Artıq siz nağıl qəhrəmanlarının əhatəsindəsiniz. Onların gözləri parıldayır, üzlərindən isə təbəssüm çəkilmir.

Daha ətraflı
Kostyumlar

Şənlikdə sən kim olmaq istəyirsən? Seçimi özün et! Nağıl və cizgi qəhrəmanların kostyumları səni gözləyir. Əgər sən maskarad və ya karnavala hazırlaşırsansa – bu da problem deyil! Balaca - istənilən zövqə uyğun parlaq və rəngarəng kostyumlar yalnız sənin üçündür. Və, əlbəttə ki, səni dostların və rəfiqələrin arasında ən yaxşı edəcək bayram və milli kostyumlarsız necə olmaq olar? Kostyumları isə müxtəlif aksessuarlarla, məsələn, mələk qanadları, muncuqlar, tac və uşağın könülü istədiyi hər bir şeylə bəzəyə bilərsən. Balalarımız da, əziz valideynlər, bizim kimi müəyyən üsluba uyğun, qulluq olunmuş, dəbə uyğun və xoşbəxt olmalıdır!

Daha ətraflı
Kafe

Bundan əlavə, uşaqlarınız nə vaxt ki, oyuncaqlarla və Playstation oyun konsulu ilə oynayacaqlar, Siz bu zaman bizim kafemizi ziyarət edib, ləziz Vyana vaflilərindən dada bilərsiniz. “Barbarisso” komandası öz “Waffle Show” proqramı ilə Sizin uşaqlarınızın ad günlərinin keçirilməsində iştirak edə bilər.

Daha ətraflı
Gözəllik salonu

Təcrübəli və səbirli ustalar (o cümlədən Türkiyədən) uşağınızın görünüşünü nəinki dəyişəcək, hətta onunla ümumi dil tapacaqlar. Bu isə ən şıltaq uşaqlar üçün çox vacibdir! Belə mütəxəssislə uşağınız başa düşəcək ki, həyatda ilk gündən gözəl və yaxşı qulluq görmüş olmaq lazımdır.

Həmçinin, satışda peşəkar kosmetika Hello Kitty, saçlara qulluq üçün amerika istehsalı olan Tigi məhsulları var. Və, əlbəttə ki, valideynlər üçün Wi-Fi zona, uşaqlar üçün isə Playstation zonası.

Daha ətraflı
Görüşü təyin edin